BölmələrRU
Xidmətlər
 

Kömür tabletləri ilə 14 günlük təmizlənmə kursu

Bu üsul mədə-bağırsaq pozulmalarında, diareya, meteorizm, allergiya, bronxial astma, hepatit, serroz və dəri xəstəliklərində çox effektivdir. 

Aktivləşdirilmiş kömür – sorbent – dərman preparatıdır.
 
Medicina.az xəbər verir ki, antibiotiklərdən fərqli olaraq, asılılıq yaratmır, qaraciyər və bağırsaqları yükləmir. 

Qara kömür istənilən zəhərlənmə, mədə-bağırsaq pozulmalarında, diareya, meteorizm, allergiya, bronxial astma, hepatit, serroz və dəri xəstəliklərində müəyyən qayda və dozada qəbul olunur. 

Sorbent – yəni kömür uducu, hopdurucu xassəyə malikdir. Orqanizmdən şlaklar, toksinlər, zərərli maddələri çıxarır. O sanki maqnitdir, ən xırda molekulyar strukturları da cəzb edir və blok edir. 

Müasir dövrdə pis ekologiya, hava, su, qida, stress səbəbi ilə orqanizmdə çoxlu miqdarda toksinlər, zərərli maddələr yığılır. Bunlar orqanizmi daxildən çirkləndirir, yükləyir, insanı halsızlaşdırır, tez qocaldır. 

Orqanizmə təmizlənməkdə kömək etmək lazımdır. Yaxşı olar ki, ildə 2 dəfə qara kömürlə təmizlik kursu aparılsın. 

Evdə ən rahat, ən ucuz təmizləmə prosesi məhz qara kömürlə aparılır. Qara kömür 4000-dən çox toksini, kimyəvi maddəni, hətta narkotik qalıqlarını da  çıxarır. 

Kömürlə təmizlənmə prosesinə başlamazdan öncə mütləq həkiminizlə məsləhətləşin. 

14 günlük kurs: 

Hər gün səhər və axşam, yeməkdən 1-2 saat əvvəl 3-4 ədəd kömür tabletini bol su ilə daxilə qəbul edirsiniz. Ən azı 1stəkan su ilə qəbul olunmalıdır. 

İldə 2 dəfə kursu təkrarlamaq olar.

Müalicə zamanı qarının quruldaması, diareya, qarında ağrılar normaldır.