BölmələrRU
Xidmətlər
 

Ərini, sevgilisini iyləyən qadının stresi azalır - Maraqlı təhqiqat

Kişi ətri qadındakı stresi azaldırmış.

Medicina.az xəbər verir ki, Kanadada yerləşən British Columbia universitetinin psixoloqları araşdırma zamanı bu nəticəyə gəlib. 96 cütlük ilə yapılan araşdırmada kişilərə 24 saat ərzində geyinmələri üçün təmiz köynəklər verilib və onlardan ətirdən, siqaretdən, xoş ətir verən qidalardan istifadə etməmələri istənilib. Bir gün sonra toplanan köynəklər, üzərindəki iylər qalıcı olsun deyə dondurulub. Araşdırmada iştirak edən qadınlardan həmin kişi köynəklərini iyləmələri tələb edilib. Daha sonra onlara sorğu göndərilib. Qadınlar riyazi misalları, əhvallarıyla bağlı sualları cavablandırıblar. Nəticədə öz tərəf müqabilinin köynəyini iyləyən qadınların stress hormon səviyyəsinin aşağı düşdüyü, yad kişinin köynəyini iyləyən qadınlarınsa digərləri ilə müqayisədə daha stresli olduğu  təsbit edilib.