BölmələrRU
Xidmətlər
 

Əl-ayaq keyləşməsi yayılmağa başlayıb - Aşağı ətrafların uyuşması qorxuludur?/ VİDEO

İnsanlar bir çox daxili xəstəliklərə biganə qalsalar da, əl-ayaq uyuşması, keyləşməsi simptomlarından dərhal narahat olur, qorxur, həkimə gedirlər. 

Bəs bu nə dərəcədə qorxuludur və səbəbləri nədir?

Bioloji Təbabət klinikasının nevropotoloqu Vahid Məmmədov məsələ ilə bağlı Medicina.az-a açıqlama verərək bildirib ki, əl və ayaqda keyləşmənin, donmanın səbəbləri çoxdur:

" Əl və ayaqlarda keyləşmənin səbəbi dayaq hərəkət sistemindəki xəstəliklərdir: oynaqlar, onurğa, fəqərələr. Xüsusən gecələr əl ayaq keyləşir, quruyur. Bu, boyun osteoxondrozu üçün xarakterikdir. Ən çox yayılmış səbəbi isə neyropatikdir. Ən çox şəkər xəstələrində yayılıb. Bundan əlavə, həm ağrı, həm keyləşmənin olması metobolizm, oynaq xəstəlikləri, peşə, sənət  ilə bağlı zərərli vərdişlərdən ola bilər. Spirtli içki qəbul edənlərdə də müəyyən dövrdən sonra periferik sinir pozulmaları başlayır”. 

Həkimin bu simptomlarla bağlı məsləhətləri ilə aşağıdakı videoda tanış ola bilərsiniz: