BölmələrRU
Xidmətlər
 

Azərbaycanlı alimin ixtirası dəm qazı faciəsinə son qoyacaq – VİDEO

Azərbaycanlı alim dəm qazından qorunmaq üçün yeni qurğu ixtira edib.

Medicina.az-ın Xəzər TV-yə istinadən məlumatına əsasən, Azərbaycan Dövlət Aqrar Universitetinin Texniki mexanika və qrafika kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru Şahlar Babayevin ixtira etdiyi sadə quruluşlu qurğunun fəaliyyəti üçün heç bir enerji sərf olunmur. Çünki qurğu yalnız küləyin, yaxud evdə yaranmış dəm qazının təsiri ilə işləyir. 

Alimin sözlərinə görə, zəhərlənmənin əsas səbəblərindən biri də bacalara daxil olan və oradan dəm qazının hərəkətinə mane olan küləkdir. Bu qurğu isə külək nəticəsində işə düşür. Hündürmərtəbəli binaların damındakı bacalara, yaxud tüstü borularına quraşdırılan yeni qurğu atmosferin üst qatındakı külək nəticəsində işə düşür.

Qurğu üçün Standartlaşdırma, Metrologiya və Patent İdarəsi tərəfindən iki patent alınıb. Hazırda qurğunun daha da təkmilləşdirilməsi işlər davam etdirilir.

Quruluşu çox sadə olduğu üçün bu qurğunu çilingər emalatxanalarında da düzəltmək mümkündür. Şahlar Babayevin əsas istəyi həmin qurğunun sənayedə kütləvi istehsalına nail olmaqdır.