BölmələrRU
Xidmətlər
 

Allergiya dərmanları kişi hormonları və spermaya mənfi təsir edir– Cinsiyyəti zəiflədir

Medicina.az Ria novosti-ə istinadən bildirir ki, antihistamin, yəni allergiyaya qarşı preparatlar da kişilərdə fertilliyə zərərli təsir edir.
 
Mütəxəssislər bildirib ki, uzun müddət antihistamin preparat qəbul etmək kişilərdə testosteronu azaldır, spermatozoidlərin aktivliyini və sayını azaldır, döllənməyə mane olur. Alimlər məhz hansı səbəbə görə bu halların baş vediyini araşdırmayıb.  Kişilərə həmçinin mədə qıcqırması əleyhinə olan dərmanlar da bu cür mənfi fəsad verir. 20-30 yaş arası kişilər arasında bu preparatları qəbul edənlərdə spermanın səviyyəsi 3 dəfə aşağı düşmüşdü.  6 aydan çox mədə qıcqırması əleyhinə dərman qəbul edən kişilərdə spermatozoid sayı azalmışdı. Belə güman olunur ki, bu dərmanlar B vitamini defisiti yaradır ki, bu vitamin də normal sperma yaranması üçün vacibdir.